Prezident yüksək vəzifəli məmuru işdən çıxardı

Xəbərlər

05.09.2019 - 14:59

Rövşən Nəcəfin adı Administrasiyanın "Struktur" bölməsindən yığışdırılıb

 

Prezident Administrasiyasının (PA) İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb. AYNA "Index"ə istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı PA-nın "Struktur" bölməsindən yığışdırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.

Müəllif: Ayna.az