Azərbaycanın daha bir sabiq Prezidentinin xanımı dünyasını dəyişib

Hadisə

05.07.2019 - 12:55

Eks-prezidentin həyat yoldaşının hüzn mərasimi Təzəpir məscidində keçiriləcək

 

Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibovun xanımı Ədilə xanım uzun sürən xəstəlikdən sonra, bu gün səhər saatlarında dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bu haqda moderator.az-a sabiq dövlət başçısının özü məlumat verib. Eks-prezidentin həyat yoldaşının hüzn mərasimi Təzəpir məscidində keçiriləcək.

 

Xatırladaq ki, cari il iyunun 14-də isə, Respublikanın 2-ci Prezidenti Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə