Qadın koronavirus karantinindən qaçdı

Dünya

11.02.2020 - 21:55

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəli koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir

 

Sankt-Peterburqun 32 yaşlı sakini koronavirus şübhəsi ilə yerləşdirildiyi Botkinsk xəstəxanasının karantin otağından qaçıb.

 

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, qadın yanvarın 30-da Çindən qayıdıb, fevralın 4-də isə boğaz ağrısı ilə təcili yardıma müraciət edib. Əvvəlcə bir gün karantinə alınacağı deyilsə də, ikihəftəlik karantinə göndərilən qadın dəqiq elmləri bildiyi üçün elektrik zəncirini bağlayıb qıfılı sındıraraq qaçdığını bildirib. O əlavə edib ki, həkimlərin indiyədək onu axtarmamaları təəccüblüdür.

 

Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məsələ ilə bağlı açıqlama verməkdə çətinlik çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş