“Qadağalarda heç bir dəyişiklik və yumşaltma yoxdur” - <font color=red> DİN</font>

Cəmiyyət

12.05.2020 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Ehsan Zahidov: “Hər kəsdən tibbi maskadan istifadə etmək və 2 metrlik məsafəni saxlamaq tələb olunur”

 

Xüsusi karantin rejimi ilə bağlı Bakıda quraşdırılmış polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə bəzi xəbər saytlarında yayılan məlumatlar tamamilə əsassızdır və reallığı əks etdirmir. AYNA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib.

 

DİN rəsmisi qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 4 may tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.

 

“Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib. Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”, - deyə DİN mətbuat xidmətinin rəisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş