Putinlə Bayden arasında telefon danışığı olub

Dünya

26.01.2021 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

 

AYNA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Vladimir Putin Cozef Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.

 

Kreml rəhbəri bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verərdi.

 

Qeyd edilir ki, Vadimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında notalardan məmnunluğunu bildiriblər.

 

Dövlət başçılarının telefon danışığında koronavirus pandemiyası kimi kəskin problemlə mübarizə şəraitində ticarət-iqtisadi sfera da daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Həmçinin ikitərəfli və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.

 

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş