“Bu gün biz daha bir terror aktı, daha bir cinayət törədilməsinin şahidi olduq”
“Ukraynanın təxribat-kəşfiyyat qrupunun (DRQ) Bryansk vilayətinə hücumu terror aktıdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu gün biz daha bir terror aktı, daha bir cinayət törədilməsinin şahidi olduq. Sərhəd bölgəsinə soxuldular və dinc sakinlərə atəş açdılar”, - Putin bildirib.
Qeyd edək ki, Rusiyanın iddiasına görə, martın 2-də Ukrayna hərbi diversantları Rusiyanın Ukrayna ilə həmsərhəd bölgəsinin Lubeçane kəndindəki əraziyə daxil olublar. Qubernator Aleksandr Boqomaz bildirib ki, yerli sakin ölüb, bir uşaq isə yaralanıb. Daha sonra o, avtomobilin sürücüsünün hücumun qurbanı olduğunu, yaralı uşağın Bryansk regional xəstəxanasına aparıldığını, onun həyatına heç bir təhlükə olmadığını açıqlayıb.