Putinin 2024-cü ildən sonra prezident olmasına imkan verən təklifə 48 faiz dəstək verib, 47 faiz isə bu qərara qarşı çıxıb
Rusiya Prezidenti Vladimir Putinin prezidentliyə növbəti dəfə namizəd olmasına imkan verən konstitusiya dəyişikliyi ölkədə ziddiyyət yaradıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Levada Təhlil Mərkəzi bununla bağlı ictimai sorğu keçirib.
Sorğunun nəticəsinə əsasən, Putinin 2024-cü ildən sonra prezident olmasına imkan verən təklifə 48 faiz dəstək verib, 47 faiz isə bu qərara qarşı çıxıb.
Qeyd edək ki, Rusiya Dövlət Duması Vladimir Putinin prezidentlik müddətinin 2036-cı ilə qədə uzadılması ilə bağlı təklif irəli sürüb. Aprel ayında isə bununla bağlı ümumrusiya səsverməsi keçiriləcək.