Ankara Putinin fevralda Türkiyəyə səfərini gözləyir
Ankara Rusiya Prezidenti Vladimir Putinin fevralda Türkiyəyə səfərinə ümid edir. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyədəki diplomatik mənbəsinə istinadən yazıb.
Bildirilib ki, hazırda diplomatik kanallar vasitəsilə mümkün səfər razılaşdırılır.
“Bizim gözləntilərimiz təxminən fevral ayıdır. Amma təbii ki, hər şey liderlərin cədvəlindən asılı olacaq”, - mənbə vurğulayıb.
Əvvəllər məlum olub ki, Rusiya və Türkiyə liderləri Putin və Rəcəb Tayyib Ərdoğan arasında diplomatik kanallar vasitəsilə görüş hazırlanır, lakin konkret tarix hələ seçilməyib.