Peskov: “Hesabatlar digər mənbələrlə yanaşı, FTX, Rusiya Qvardiyası və Dağıstanın rəhbərindən gəlir”
“Rusiya Prezidenti Vladimir Putin dünəndən etibarən Dağıstandakı vəziyyətlə bağlı ətraflı məlumatlar alır”. AYNA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putinə hesabatlar digər mənbələrlə yanaşı, Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyasından, eləcə də Dağıstanın rəhbəri Sergey Melikovdan gəlir.
Qeyd edək ki, dünən Mahaçqala aeroportu ətrafında yaranmış vəziyyətlə bağlı kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açılıb.
Mahaçqala hava limanında iğtişaş törədən 150-dən çox şəxs müəyyən edilib, onlardan 60-ı saxlanılaraq polisə aparılıb.