Prezident İlham Əliyev Pirallahıda bir neçə inzibati binanın açılışını edib

Xəbərlər

07.08.2019 - 13:20

Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışı da olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonuna səfər ediblər.

 

AYNA Prezidentin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

 

Ölkə başçısı və xanımı bu gün, həmçinin Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak ediblər.

 

Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışını da ediblər. 

 

Dövlət başçısı xanımı ilə birlikdə səfər çərçivəsində, Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında da iştirak ediblər.

 

İlham Əliyev və Mehriban Əliyeva, o cümlədən Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Müəllif: Ayna.az