Dörd manatlıq dövlət rüsumu ləğv olunur

Xəbərlər

09.07.2019 - 15:01

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

 

Azərbaycanda viza rəsmiləşdirilməsi üçün nota verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

 

Qanun layihəsinə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün nota verilməsinə görə dövlət rüsumu ləğv olunur.

 

Qeyd edək ki, hazırda sözügedən rüsum 4 manat təşkil edir.

Müəllif: Ayna.az