Prezident: “Hakimiyyət xalqın səsinə, dostlarının məsləhətinə qulaq asmır”

Dünya

15.05.2024 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Salome Zurabişvili avropalı nazirlərlə “Xarici təsir haqqında” qanunu müzakirə edib

Tiflisdə səfərdə olan Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüblər.

AYNA-nın gürcü mediasına istinadən xəbərinə görə, xarici işlər nazirləri ilə mətbuata verdiyi birgə bəyanatda Zurabişvili qeyd edib ki, parlamentin dünən qəbul etdiyi “Xarici təsir haqqında” qanun onlarla müzakirə olunub.

Prezident deyib ki, hakimiyyət öz xalqının səsinə, dostlarının məsləhətinə qulaq asmır.

Zurabişvili qanun layihəsinə veto qoyacağını bir daha bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş