Təlimə NATO-ya üzv 10 ölkədən 20 minə yaxın hərbçi qatılıb, 3,5 min hərbi texnikadan istifadə edilir
Polşada NATO-nun böyük hərbi təlimi başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimə NATO-ya üzv 10 ölkədən 20 minə yaxın hərbçi qatılıb, 3,5 min hərbi texnikadan istifadə edilir.
Təlimdə məqsəd müttəfiqlərin təhlükələrə qarşı sürətli və effektiv birgə əməliyyat keçirməsi üçün birgə sistem, prosedur və kommunikasiyanın təmin edilməsidir.