Polşa ordusu daxilində gərginlik: polyak deputat nazirə suallar ünvanladı

Dünya

25.10.2023 - 11:33

cedabet dərman SEO Xidməti

Truskolaski: “Biz şəffaf cavablar və Polşa ordusunda sabitliyin bərpasına kömək edəcək addımlar gözləyirik”

Ukraynadakı münaqişə fonunda Polşa ordusundakı vəziyyət Polşa vətəndaşlarının narahatlığına səbəb olur. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Seyminin deputatı Kşiştof Truskolaski deyib. Deputat Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçaka müraciət ünvanlayıb: “Mövcud vəziyyət polyakları narahat edir. 2023-cü il oktyabrın 10-da silahlı qüvvələrin ali komandirləri – Polşa ordusunun Baş Qərargah rəisi, general Raymund Anjeyçak və silahlı qüvvələrin əməliyyat komandiri, general-leytenant Tomaş Piotrovski istefa veriblər. Polşanın Şərq sərhədindəki vəziyyət və Ukraynadakı münaqişə ölkənin sabitliyinin və döyüş hazırlığının vacibliyinə diqqət yetirən vətəndaşlar arasında narahatlıq yaradır. Onlar əmin olmalıdırlar ki, hökumət çətin və qeyri-müəyyən bir zamanda onların təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atır. Biz şəffaf cavablar və Polşa ordusunda sabitliyin bərpasına kömək edəcək addımlar gözləyirik”.

Deputat Blaşçakın hazırkı vəziyyət kontekstində hökumətin hərəkətləri ilə bağlı iki sual ünvanlayıb: “Polşa ordusunun Baş Qərargah rəisi, general Raymund Anjeyçak və silahlı qüvvələrin əməliyyat komandanı general-leytenant Tomaş Piotrovskinin istefasının səbəbləri nə idi? Milli Müdafiə Nazirliyi Polşa ordusunda sabitliyi bərpa etmək üçün hansı addımları atıb?”.

Qeyd edək ki, oktyabrın 11-də Polşa ordusunun Baş Qərargah rəisi general Raymund Anjeyçak və Polşa Silahlı Qüvvələrinin əməliyyat komandiri Tomaş Piotrovski istefa veriblər. Baş Qərargahın sözçüsü İonna Kleyşmit Anjeyçakın istefası ilə bağlı məlumatı təsdiqləyib. O, hər bir hərbçi kimi onun da səbəb göstərmədən vəzifəsini tərk etmək hüququna malik olduğunu vurğulayıb.

“Polsat” teleradio şirkəti isə qeyd edib ki, Polşa ordusunda gərgin vəziyyət bir neçə aydır ki, davam edir. Münaqişə may ayında Polşa ərazisinə düşən raketlə bağlı qalmaqaldan sonra başlayıb. Sonra Polşanın milli müdafiə naziri Mariuş Blaşçak baş verənlərə görə Piotrovskini günahlandırıb, onu səhlənkarlıqda ittiham edib və işdən çıxarılması təklifini verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş