İşsiz ukraynalılara sosial ödənişlərdən və pulsuz müalicədən imtina edilib
Polşa Prezidenti Karol Kavroçki Ukraynadan olan işsiz qaçqınlara pulsuz tibbi xidmət və sosial təminat verilməsi haqqında qanuna veto qoyub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezidentin ofisindən qeyd edilib.
"Məlumdur ki, Səhiyyə Fonduna töhfə verməyən Ukrayna vətəndaşları Polşa vətəndaşları ilə müqayisədə imtiyazlı vəziyyətdədirlər. Ona görə də mən Ukrayna vətəndaşlarına bu formada yardım haqqında qanunu imzalamamışam", - deyə Prezident qeyd edib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin üç il yarımı ərzində “vəziyyət əsaslı şəkildə dəyişib”.