Polşa fermerləri yeni ildən sonra Ukrayna ilə sərhədi yenidən bağlayacaqlar

Dünya

25.12.2023 - 18:05

cedabet dərman SEO Xidməti

“Baş nazirdən tələblərimizin yerinə yetiriləcəyinə dair zəmanət məktubu almasaq...”

Polşada fermerlər yeni ildən sonra Ukrayna ilə sərhədin yenidən bağlanmasını həyata keçirə bilərlər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə RAR agentliyinə “Aldanmış kənd” təşkilatının Podkarpaki bölməsinin rəhbəri Roman Kondrov deyib.

“Etiraz bitməyib, amma dayandırılıb. Baş nazirdən tələblərimizin yerinə yetiriləcəyinə dair zəmanət məktubu almasaq, gələn ilin əvvəlində blokadaya qayıdacayıq”, - Kondrov bəyan edib.

Onun sözlərinə görə, bu, yanvarın 2 və ya 3-də baş verə bilər: “Bunun üçün fermerlər blokada yerində çadır və bayraqlar qoyublar. Lazım gələrsə, hər şeyi geri qaytarmağa hazırıq”.

Qeyd edək ki, bundan əvvəl polşalı fermerlər Ukrayna ilə sərhəddə bir keçid məntəqəsini blokdan çıxarmaq qərarına gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş