Dekabrın 9-dək sərhəddə uçuşlara məhdudiyyətlər qoyulub
Polşa ölkə ərazisinə daxil olan pilotsuz təyyarələrlə bağlı insidentlə əlaqədar dekabrın 9-dək Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Hava Nəqliyyatı Agentliyindən qeyd olunub.
Agentliyin açıqlamasında bildirilib ki, məhdudiyyətlər Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının müraciəti əsasında tətbiq edilib.
Vurğulanıb ki, məhdudiyyətlər hərbi təyyarələrə şamil edilmir.
Bundan əlavə, bu zona daxilində mülki pilotsuz təyyarələrin istifadəsi tamamilə qadağan edilib.