Polşanın baş naziri sərhəd boyunca qadağan zona rejiminin tətbiqinə qərar verib
Belarus-Polşa sərhədinə miqrant axını ilə bağlı vəziyyət gərginləşib. AYNA-nın “Reuters“ə istinadən xəbərinə görə, bunun qarşısını almaq üçün Polşanın ultra-sağçı partiyaları hakimiyyəti sərhədlərdə nəzarəti gücləndirməyə çağırıb.
Sərhəd boyunca vəziyyəti nəzarətə götürmək müdafiə naziri Pavel Zalevskiyə tapşırılıb.