Polis yas mərasimini dayandırıb

Xəbərlər

19.03.2021 - 14:50

Karantin qaydalarını pozanlar cərimələniblər

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasiminin keçirildiyini müəyyən ediblər.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb.

 

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.

Müəllif: Ayna.az