Faktla bağlı araşdırma aparılır
Nardaran sakinindən odlu silah götürülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.