Azyaşlının ailəsi hadisənin görüntüləri ilə dünən istintaq prosesi başa çatdıqdan sonra tanış olub
ABŞ-ın Orlando ştatında altı yaşlı qız uşağı polis tərəfindən əllərinə qandal vurularaq həbs edilib. Səbəb isə qızcığazın müəlliminə təpik atması olub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə keçən ilin sentyabr ayında baş versə də, azyaşlının ailəsi hadisənin görüntüləri ilə dünən istintaq prosesi başa çatdıqdan sonra tanış olub.
Belə ki, qeydə alınan görüntülərdə polisə bir nəfərin “Əllərini mütləq bağlamalısınız?” deyə sual verdiyi, polisin isə “Bəli, bu, bir şərtdir. 28 illik peşə həyatımda 6 min insanı həbs etmişəm. Ən kiçiyi yeddi yaşında olub. Bu, rekord qırdı” deyə cavab verdiyi əks olunur.
İstintaq prosesi başa çatdıqdan sonra həmin polis qanuna zidd rəftar etdiyi üçün işdən azad edilib.