Pirotexniki vasitələrin satışını təşkil edənlər saxlanılıb

Xəbərlər

23.12.2024 - 23:24

Həkimlər Klinikalar SEO Xidməti

Toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib

Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş