Başımızın üstündə qara buludlar dolaşır, <font color=red> EHTİYATLI OLUN</font>

Xəbərlər

30.06.2019 - 13:50

Şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir

 

Bakıda və Abşeron yarımadasında iyulun 1-də bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturu gecə 19-22° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

 

Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Müəllif: Ayna.az