Pezeşkian: “Mən fəxr edirəm ki, türkəm”

Cəmiyyət

19.09.2025 - 13:50

Prezident müxtəlif müsahibələrində həm atasının, həm də anasının türk olduğunu bildirib

İran Prezidenti Məsud Pezeşkian etnik mənsubiyyəti ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. AYNA.AZ “Azad Iran” “Telegram” kanalına istinadən bildirir ki, Prezident müxtəlif müsahibələrində həm atasının, həm də anasının türk olduğunu bildirib.

“Türk olduğum üçün fəxr edirəm”, - deyə qeyd edib.

Pezeşkian 2024-cü ilin iyulunda prezident seçkilərinin islahatçı qanadının namizədi kimi iştirak edib və ikinci turda Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti olub. O seçilməzdən əvvəl səhiyyə naziri və millət vəkili vəzifələrində çalışıb.

Pezeşkianın anası Mahbube Sudbəxş 1930-cu ildə Urmiyada anadan olub. Atası Məhəmməd Əli əczaçılıq sənayesində işləyirdi. Ailə bir müddət Soyuq Bulaq şəhərində yaşayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş