Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

23.02.2022 - 20:52

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 770, üç və daha çox doza vaksin vurduranların sayı 29 929, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 940 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 778 777, üç və daha çox doza vaksin vurduranların sayı 2 596 563, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 198 078 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş