Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

28.01.2022 - 19:19

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə 30 887 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş