“Rusiya Ukraynada fransız muzdlularının olması ilə bağlı etibarlı məlumatlara malik olduğunu israr edir”
“Rusiya Ukraynada fransız muzdlularının olması ilə bağlı etibarlı məlumatlara malik olduğunu israr edir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Biz hələ də israr edirik ki, Ukraynada Fransa vətəndaşları və fransız muzdluları olduğunu göstərən etibarlı məlumatımız var”, - deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.
Peskovun sözlərinə görə, Rusiya tərəfi Fransa nümayəndələrinin Ukraynadakı münaqişədə iştirak etmək istəyənlərə qarşı heç nə edə bilməyəcəkləri barədə bəyanatlarına da diqqət yetirir.
Qeyd edək ki, yanvarın 17-də rus qoşunları Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib. Oradakıların əksəriyyətinin fransız muzdlular olduğu ehtimal edilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Xarkovda fransız muzdlularının məhv edilməsi Qərbin Ukraynaya silahlılar göndərdiyinin təsdiqidir.