Peskov: “Qırğızıstanda dövlət çevrilişinin hazırlanması ilə bağlı həyəcanlı xəbərlər var”

Dünya

05.06.2023 - 15:45

“Kreml Qırğızıstandakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izləyir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qırğızıstanda dövlət çevrilişinin hazırlanması ilə bağlı xəbərləri “həyəcanlı” sayır. AYNA rus mediasına istinadən bildirir ki, Peskov prosesləri Kremlin izlədiyini bildirib.

"Əlbəttə, belə çox narahatedici xəbərlər gəlir. Kreml Qırğızıstandakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izləyir. Lakin daha ətraflı məlumatımız yoxdur”, deyə Peskov vurğulayıb..

Qeyd edək ki, Qırğızıstan mediasında xüsusi xidmət orqanlarının dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxsləri saxlaması barədə məlumat yayılıb.

Məlumatlarda qeyd edilir ki, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış.

Müəllif: Ayna.az