Peskov: "Putin və Si Cinpin arasında qarşılıqlı hörmət var"

Dünya

16.11.2023 - 17:25

cedabet dərman SEO Xidməti

“Bizim üçün əsas olan əsl dostluq, Çin və Rusiya liderləri arasında qarşılıqlı hörmətdir”

“Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qarşılıqlı hörmət var”. AYNA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Si Cinpinlə danışıqlardan sonra Çin liderini “diktator” adlandıran ABŞ Prezidenti Co Baydenin bəyanatını şərh etməyib.

“Bizim üçün əsas olan əsl dostluq, Çin və Rusiya liderləri arasında qarşılıqlı hörmətdir. Rusiya Moskva və Pekin arasında bu cür əlaqələri yüksək qiymətləndirir”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Co Baydenin Si Cinpinin diktator olması ilə bağlı bəyanatını səhv və məsuliyyətsiz adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş