"Nə Moskva, nə də Pekin nüvə silahı sınaqdan keçirir"
“ABŞ nüvə sınaqları keçirərsə, Rusiya da eyni şəkildə hərəkət edəcək“. AYNA.AZ xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
Peskovun sözlərinə görə, nə Moskva, nə də Pekin nüvə silahı sınaqdan keçirir.
Tramp oktyabrın sonlarında 33 ildən sonra ilk dəfə ABŞ-ın nüvə silahı sınaqlarının bərpasına əmr verdiyini açıqlayıb. Lavrov bu həftə bildirib ki, Moskva hələ də Trampın açıqlamaları ilə bağlı diplomatik kanallar vasitəsilə izahat almayıb. Xarici işlər naziri qeyd edib ki, Vaşinqton rəsmilərinin ictimai şərhləri “ABŞ prezidentinin nə demək istədiyi barədə ortaq bir anlayışın” olmamasını göstərir.