Peskov: “ABŞ-ın Moskvadakı səfirliyində hələlik iş bərpa olunmayacaq”

Dünya

26.07.2024 - 15:25

Həkimlər Klinikalar SEO Xidməti

“De-fakto bizim indi sadəcə olaraq ikitərəfli münasibətlərimiz yoxdur”

“ABŞ-ın Moskvadakı səfirliyində hələlik tammiqyaslı iş bərpa olunmayacaq”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “New Media Workshop”un təşkil etdiyi “Yeni Media Festivalı”nda deyib.

“ABŞ-ın Moskvadakı səfirliyi qayıtmayıb və hələ də qayıtmayacaq, çünki de-fakto bizim indi sadəcə olaraq ikitərəfli münasibətlərimiz yoxdur", - Kremlin sözçüsü bildirib.

2023-cü ildə FSB ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Robert Şonovu “xüsusi hərbi əməliyyatın” gedişatı haqqında məlumat toplamaqda ittiham edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş