COVID-19-la mübarizə çərçivəsində tədbirlər davam edir
Peruda koronavirusun yayılması səbəbindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi sentyabrın 30-dək uzadılıb.
AYNA bildirir ki, müvafiq fərman cümə günü Cənubi Amerika respublikası hökumətinin rəsmi nəşri olan “El Peruano” qəzetində dərc edilib.
“COVID-19-un nəticələrinə görə ölkənin qarşılaşdığı ağır vəziyyət səbəbi ilə fövqəladə vəziyyət rejimi 2020-ci il 30 sentyabradək uzadılsın”, - sənəddə deyilir.
Fərmana əsasən, sərt karantin tədbirləri yoluxma sayının artması səbəbindən Kusko, Mokequa, Puno və Takna departamentlərində, həmçinin digər regionaların bir sıra əyalətlərində tətbiq olunacaq.