“Rusiya aşağı Yer orbitinə peyk çıxarıb ki, bu, antikosmik silahdır”
Mayın 16-da Rusiya kosmosa yerin aşağı orbitindəki digər cihazlara hücum edə biləcək peyk buraxıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
“Rusiya aşağı Yer orbitinə peyk çıxarıb ki, biz ehtimal edirik ki, bu, antikosmik silahdır. Və ehtimal ki, aşağı Yer orbitindəki digər peyklərə hücum edə bilir”, - deyə Pentaqon rəsmisi vurğulayıb.