Heyvanda qəfildən nəfəsalma problemi yaranıb
AYNA xarici mediaya istinadən xəbər verir ki, hazırda Nyu-Yorkda virus sürətlə yayılır. Şəhərin “Bronx” zooparkında belə bir yoluxma hadisəsinin baş verməsi isə təəccüb yaradıb.
Məlumatda bildirilir ki, 4 yaşlı Malaziya pələngində qəfildən nəfəsalma problemi yaranıb. Zoopark əməkdaşının sözlərinə görə, park 16 martdan bağlıdır. Pələngin koronavirus testinin pozitiv çıxması bütün zooparkda yenidən nəzarəti gücləndirib. Həkimlər Covid-19-un insandan heyvana keçməsi məsələsini yenidən araşdırmağa başlayıblar.