Pekində tibbi maska məcburiyyəti aradan götürülüb

Dünya

21.08.2020 - 22:42

Həkimlər Klinikalar SEO Xidməti

Şəhərdə insanlar maska taxmaya bilərlər

 

Koronavirus infeksiyasının ilk yayıldığı ölkə olan Çinin paytaxtında tibbi maskasız gəzməyə icazə verilib. AYNA xarici mediaya istinadən bildirir ki, paytaxt Pekində COVID-19-a yoluxma azaldığı üçün sakinlər qoruyucu maskalardan istifadə etməyə bilərlər.

 

Qərarı Pekinin yerli hakimiyyət orqanları qəbul edib. Buna səbəb paytaxtda son 13 gün ərzində koronavirusa yoluxma halının qeydə alınmaması olub. Lakin sakinlərin böyük hissəsi yenə də maska taxmaqda davam edir. Onlar maskalarının olmaması səbəbindən qınaq obyektinə çevrilməkdən qorxurlar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş