Kiva: “Bu qərar ukraynalıları etiraz əhval-ruhiyyəsindən daşındırmaq, seçkiləri qeyri-mümkün etmək imkanı verəcək”
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya müharibə elan etməyə hazırdır”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva deyib.
“Zelenski bu payızın sonunda Rusiyaya rəsmən müharibə və Ukraynada ümumi səfərbərlik elan etməyə hazırdır”, - sabiq deputat “Telegram” kanalında yazıb.
Kivanın fikrincə, bu qərar ukraynalıları etiraz əhval-ruhiyyəsindən daşındırmaq, seçkiləri qeyri-mümkün etmək imkanı verəcək: “Bu, nəinki dünya ictimaiyyətinin diqqətini cəlb edəcək, həm də onu Üçüncü Dünya müharibəsinə keçmək təhlükəsi yaradan münaqişədə iştirak etməyə məcbur edəcək”.
Keçmiş deputat daha əvvəl Zelenskinin ölkə polisinin dörddə birini - 50 min hüquq-mühafizə orqanının əməkdaşını səfərbər etmək niyyəti barədə məlumat vermişdi.