Patruşev: ““Crocus”dakı terrorun izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır

Dünya

03.04.2024 - 15:19

cedabet Klinikalar SEO Xidməti

“Hamı yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarəti altındadır”

“Crocus City Hall”dakı terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, hər kəs Kiyevin tamamilə ABŞ-ın nəzarətində olduğunu bilir: “Hamı yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarəti altındadır”.

Patruşev Moskvada törədilən terror aktında İŞİD-in rolundan da danışıb. Qeyd edib ki, bu və digər terror təşkilatlarının ABŞ tərəfindən yaradıldığını nəzərə almaq lazımdır.

“Onu da bildirim ki, martın 7-də ABŞ və Böyük Britaniya səfirlikləri Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdilər”, Patruşev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş