Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub

Dünya

30.03.2023 - 16:30

Laçın yolu ətrafındakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub.

AYNA erməni mediasına istinadən bildirir ki, telefon danışığı zamanı Laçın yolu ətrafındakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

Həmçinin Ermənistan-Azərbaycan danışıqlar prosesi və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar.

Müəllif: Ayna.az