Baş nazirə bildirilib ki, hazırda hakimiyyətin reytinqi 9-9,5 faiz arasında dəyişir
Ermənistanın hazırkı hökumətinin reytinqi düşüb. AYNA bildirir ki, bu barədə erməni KİV-i “Past” məlumat yayıb.
Qəzet mənbələrinə istinadən yazıb ki, Baş nazir Nikol Paşinyan tələsməmək və may ayında İrəvan Ağsaqqallar Şurasına seçkilər keçirmək qərarına gəlib. Qeyd edilir ki, payızadək hakim “Mülki müqavilə” Partiyası “reytinq fəlakəti”ni düzəldə biləcəyinə ümid edir.
“Mənbələrimizin bildirdiyinə görə, bu yaxınlarda “qapalı”, daxili istifadə üçün növbəti monitorinq keçirilib. Sorğunun nəticələri yumşaq desək, hakimiyyəti qane etməyib. O cümlədən, əldə etdiyimiz məlumata görə, müvafiq strukturlar Paşinyana məlumat veriblər ki, hazırda hakimiyyətin reytinqi 9-9,5 faiz arasında dəyişir. Üstəlik, reytinqin azalmağa meylli olduğu söylənilib”, - deyə “Past” yazıb.
Qəzetin mənbəsinin sözlərinə görə, bu fakt Paşinyanı özündən çıxarıb və komandasının əsas üzvləri ilə kifayət qədər sərt şəkildə danışmağa sövq edib. Baş nazir komanda üzvlərinə “işlə məşğul olun, normal işləyin”, - deyə irad bildirib.