Paşinyan və Lukaşenko Rusiyaya səfər edəcək

Dünya

24.09.2025 - 17:38

Rusiyada Qlobal Atom Enerjisi Forumu keçiriləcək

Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 25-26-da Rusiyada işgüzar səfərdə olacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Belarus Prezidentinin "Pul Pervoqo" “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, Lukaşenko “Yeni texnoloji nizamdan yeni dünyagörüşünə” devizi altında keçiriləcək Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək. Səfər çərçivəsində Belarus liderinin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü də planlaşdırılıb.

Kremldən bildirilib ki, Putin sentyabrın 25-də Qlobal Atom Enerjisi Forumunda çıxış edəcək.

Tədbirdə AEBA-nin baş direktoru Rafael Qrossi, Belarus və Myanma prezidentiləri, Ermənistan Baş naziri Nikol Paşinyan və Efiopiyanın Baş naziri, həmçinin üç ölkənin və bir sıra ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş