Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Xəbərlər

25.12.2024 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

“Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”

Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

AYNA xəbər verir ki, bu barədə Paşinyan “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 28-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş