Paşinyan tərəfdarları ilə erkən parlament seçkilərini müzakirə edib

Dünya

16.12.2020 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

“Mənim addımım” fraksiyası seçkilərin keçirilməsini vacib sayıb

 

Ermənistan hakimiyyəti erkən parlament seçkiləri və Seçki Məcəlləsindəki dəyişiklikləri müzakirə etməyə başlayıb. AYNA xəbər verir ki, bu barədə düşmən ölkənin “Joxovurd” qəzeti yazıb.

 

Qəzetin yazdığına görə, Baş nazir Nikol Paşinyanın hakim "Mənim addımım" fraksiyasının millət vəkilləri ilə dünənki görüşü erkən seçkilər mövzusuna həsr olunub.

 

“İclasda Baş nazir əsasən qarşıdan gələn dəyişikliklər barədə vizyondan danışıb. Paşinyan tam hüquqlu nisbi seçki sisteminin və reytinq sisteminin ləğv edilməsinin tərəfdarı olduğunu söyləyib”, - “Joxovurd” yazır.

 

İclasda ədliyyə naziri Rüstəm Badasyan və keçmiş təhsil, elm, mədəniyyət və idman naziri və indi Paşinyanın baş məsləhətçisi Arayik Arutyunyan da iştirak edib.

 

Nəşrin yazdığına görə, fraksiya daxilində son dərəcə çətin bir atmosfer hökm sürüb, bəzi millət vəkillərinin icra hakimiyyətinin cəmiyyətdəki əhval-ruhiyyəni dəyişdirə bilməyəcəyini, ortaya çıxan böhrandan çıxa bilmədiyini və konkret tədbirlərin görülməsinin lazım olduğunu düşünürlər. Paşinyan komandası hesab edir ki, təkcə seçki sistemində islahatlar apararaq insanların əhval-ruhiyyəsini dəyişdirmək mümkün deyil və yaxın gələcəkdə erkən seçkilərin keçiriləcəyini elan etmək lazımdır.

 

Xatırladaq ki, 16 müxalifət partiyasının yaratdığı ittifaq Paşinyan tərəfindən Qarabağla bağlı imzalanan üçtərəfli bəyanatıdan narazı olaraq, 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Baş naziri milli maraqlara xəyanət etməkdə günahlandırır və istefasını tələb edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş