Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasından imtina etdi

Dünya

10.10.2023 - 21:11

cedabet dərman SEO Xidməti

Ermənistan Baş naziri Bişkekdə keçiriləcək toplantıda iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bu barədə bildirib.

Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə isə erməni tərəfinin təşəbbüsü ilə Japarovla Paşinyan arasında telefon danışığı olub.

“İkitərəfli gündəliyin cari məsələləri, o cümlədən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının cari il oktyabrın 13-də Bişkekdə keçiriləcək iclası müzakirə edilib. Söhbət zamanı Ermənistanın Baş naziri təəssüflə bəyan edib ki, bir sıra şərtlərə görə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edə bilməyəcək”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş