Paşinyan Koçaryanı vəzifəsindən azad edib

Dünya

17.11.2020 - 17:45

Xarici işlər nazirinin 72 yaşlı müavini postundan uzaqlaşdırılıb

 

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad edilib. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Baş nazir Nikol Paşinyan 72 yaşlı nazir müavinini vəzifəsindan uzaqlaşdırıb.

 

Koçaryan 2008-ci ildən bu vəzifəni daşıyırdı. O, nazir müavini kimi əsasən Qarabağla bağlı məsələlərlə məşğul olub.

 

Qeyd edək ki, dünən Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Aşot Taşçyan da istefa verib. Bununla yanaşı, daxili işlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dalakyan, Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyan da vəzifəsindən azad edilib.

 

Erməni mətbuatının yazdığına görə, müdafiə naziri David Tonoyan da istefa verməyə hazırlaşır. Düşmən ölkə mediası istefaları Paşinyan hökumətinin parçalanması adlandırır.

Müəllif: Ayna.az