Paşinyan: “Ermənistanda koronavirusa yoluxanların sayı 100 mindən çoxdur”

Dünya

07.06.2020 - 15:58

Ermənistanın Baş Naziri virus daşıyıcılarından danışıb

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsində 100 mindən çox koronavirusa yoluxma olduğunu bildirib. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Baş Nazir bu barədə “Facebook” səhifəsində yazıb: "Elmi araşdırmalara görə, hazırda Ermənistanda 100 mindən çox koronavirus infeksiyası daşıyıcısı var".

 

Qeyd edək ki, Ermənistanda son sutka ərzində 766 nəfər virusa yoluxub, 10 nəfər ölüb. Pandemiya dövründə ümumi yoluxanların sayı isə rəsmi açıqlanan rəqəmlərə görə 13 min 130 nəfərə çatıb. Bugünə qədər 200 nəfər koronavirusdan ölüb.

Müəllif: Ayna.az