Pakistanda terror aktı: 11 nəfər ölüb

Dünya

20.08.2023 - 15:50

cedabet dərman SEO Xidməti

“Şimali Vəziristanda 11 günahsız işçinin həyatına son qoyan terror aktı barədə məlumat almaq dəhşətlidir”

Pakistanın Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar sosial şəbəkəsində yazıb.

“Şimali Vəziristanda 11 günahsız işçinin həyatına son qoyan terror aktı barədə məlumat almaq dəhşətlidir. Biz bu mənasız zorakılıq aktını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə səbir diləyirik”, - deyə Kakar vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş