Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi imzalayıb

Dünya

18.09.2025 - 16:11

Məhəmməd bin Salman və Şahbaz Şərif Birgə Strateji Müdafiə Sazişi imzalayıblar

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Birgə Strateji Müdafiə Sazişi imzalayıblar.

AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, səfər çərçivəsində Pakistanın Baş naziri Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb.

Rəsmi görüş zamanı nümayəndə heyətləri iki ölkə arasında tarixi və strateji əlaqələri, bir sıra birgə iş sahələrini müzakirə ediblər.

Nəhayət, tərəflər milli təhlükəsizliyin gücləndirilməsi, regionda və dünyada sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri çərçivəsində Birgə Strateji Müdafiə Sazişi imzalayıblar.

İmzalanan saziş müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə səyləri gücləndirmək məqsədi daşıyır.

Razılaşmada vurğulanıb ki, hər iki tərəfə edilən istənilən hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş