Ölümcül virusa yoluxanlar üçün təcili xəstəxana tikilir - <font color=red> VİDEO</font>

Dünya

25.01.2020 - 06:25

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxananın tikintisinə yüzlərlə işçi cəlb olunub

 

Çinin Uxan şəhərində koronavirusa yoluxmuş pasiyentlər üçün müvəqqəti xəstəxananın tikilişinə başlanılıb. 

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1000 yerlik xəstəxananın tikintisinin on gün ərzində yekunlaşdırılması planlaşdırılır. Fevralın 3-də onun istifadəyə veriləcəyi gözlənilir.

 

“South China Morning Post” qəzetinin məlumatına görə, xəstəxananın tikintisinə yüzlərlə işçi cəlb olunub. Tikinti prosesinin sürətli getməsi üçün hökumət işçilərə gündəlik olaraq 173 ABŞ dolları məbləğində əməkhaqqı verir. Bu, onların normada qazandıqları əməkhaqqından üç dəfə çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş