Oğuzda yanğın törədən şəxs cəzalandırılıb

Xəbərlər

23.10.2025 - 12:55

Vətəndaş barəsində qanunvericiliyə uyğun tədbir görülüb

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş