Hərəkətə mane olan avtomobillər cərimə meydançalarına evakuasiya olunur
Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirləri davam etdirir. Şəhərin bəzi prospekt və küçələrində nəqliyyatın və sərnişinlərin hərəkətinə mane olan avtomobillər Agentliyin işçiləri tərəfindən cərimə meydançalarına evakuasiya olunur.
AYNA əməkdaşı bu gün “İçərişəhər” metrostansiyası yaxınlığında belə bir evakuasiya prosesinin şahidi olub. Görüntüləri təqdim edirik: